Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bu hüsnü lətafətdə yəqindir bəşər olmaz,Rüxsaruva bənzər, fələk üzrə, qəmər olmaz.
Ey ləli şəkər, çox yemişəm Misr nəbatı,Hərgiz ləbi-şirinüvə bənzər şəkər olmaz.
Qəddindi sənin sərvi-xuraman, zəqənin sib,Amma nə deyim, sərvdə hərgiz səmər olmaz.
Gögdən yerə sən enmisən, ey ayeyi-rəhmət!Rüxsari-lətifin kimi gülbərgi-tər olmaz.
Müjgan oxun atsan əgər, ey qaşı kamanım,Ol kimdi ki, bu tiri-bəlayə sipər olmaz.
Saradır adın, ikki saçın ənbəri-sara,Saçın kimi aləmdə sənin müşki-tər olmaz.
Saçında əyandir mənə tulani bəlalər,Yüz gecə desəm dərdi-dilim, müxtəsər olmaz.
Макта — последний бейт с тахаллусом поэта. Seyyid, genə oldun həvəsi-eşq ilə dürpaş,Əşari-lətifin kimi dürrü gühər olmaz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-bu-husnu-letafetde-yeqindir-beser-olmaz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hansı bar aşiqə kim, sən kimi canan olmaz,Bu müşəxxəsdi ki, cismində onun can olmaz.
Ey Xızır, zülməti-zülfü sənə asan olmazEy Xızır, zülməti-zülfü sənə asan olmaz,Dəhəni-yar kimi çeşmeyi-heyvan olmaz.
Aləmə fitnə salan mədəni-şərdir vaizAləmə fitnə salan mədəni-şərdir vaiz,Haşəlillah demənəm mən ki, bəşərdir vaiz.
Hanı bir cövhər ola badeyi-səhbadən əvəz?Hanı bir cövhər ola badeyi-səhbadən əvəz?Mürdələr zində qılan kimdi Məsihadən əvəz?