Aləmə fitnə salan mədəni-şərdir vaiz,Haşəlillah demənəm mən ki, bəşərdir vaiz.

Anası daməni-mehrabə atıb qundağın,Eyləmə cəhl ki, məchul-pədərdir vaiz.

Gətirib tazə genə şəhrə cəhənnəm xəbərin,Sifətindən deyəsən əhli səqərdir vaiz.

“Rətbü Yabisdən” açıb bab, salıb məbhəsələr,Quru sözdən nə bitər, mədəni-şərdir vaiz.

Özü layəqilü sərməsti-meyi-qəflətdir,Söyləyir badəni kim, əqlə zərərdir, vaiz.

Макта — последний бейт с тахаллусом поэта. Yox yəqin olmayan işdən sözünü nəql eylər,Seyyida, var xəbərim, əhli-xəbərdir vaiz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине