Yarımı yar eylədin əğyarə, ey fələk,Etdin gülü nəsib genə xarə, ey fələk.

Saldın şüai-mehrüvi rüxsari-yarıma,Etdin zəmanədə günümü qarə, ey fələk.

Hər nisfi-şəbdə səndə degildir sitarələr?Açdın o mahə dideyi-nəzzarə, ey fələk.

Saldın səfər havasına yari-əzizimi,Etdin o mahi-sabiti səyyarə, ey fələk.

Yaxdın fəraqi-yar ilə könlümü, həqqi varAhım şərarı yaxsa səni narə, ey fələk.

Bidərdlərdə dərd görüb çarə eylədin,Yoxdur bu dərdi-hicrə məgər çarə, ey fələk?

Макта — последний бейт с тахаллусом поэта. Seyyid şikayət eyləsə səndən əcəb degil,Yarımı yar eylədin əğyarə, ey fələk.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке