Can tazələnir ləli-dürəfşanını görcək,Dil xürrəm olur sərvi-xuramanını görcək.

Dağlarə çıxıb saldı başın sünbül aşağə,Ol lalərüxün zülfi-pərişanını görcək.

Püstə dəhəni açıla qaldı həsədindən,Ol sərvqədin qönçeyi-xəndanını görcək.

Yəqub neçin ölmədi, bilməm, fərəhindən,Can nəqdi olan Yusifi-Kənanını görcək?

Cananı görən ləhzədə can düşdü ayağə,Yalvardı gəda əcz ilə sultanını görcək.

Bu xaki-siyəhdən başımız çərxə ucaldı,Ol mahrüxün gündə bir ehsanını görcək.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, elə bildim ki, bəqa suyunu içdim,Ol səbz-xətin qətlimə fərmanını görcək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви