Cəfər, ey sadəlövhü pakzəmir,Bil ki, vardır zənanda çox təzvir.Sureyi-Yusif içrə məkri-zənanOxusan, ey oğul, olubdu bəyan.Bil ki, Quranara xudayi-əlim

**Buyurub: “İnnə keydəkünnə əzim”.Məkri-şeytani həq sayıbdu zəif,Məkri-nisvan ilə qılıb təhqiq.Adəmi ol nəimü nemətdənZən çıxardıbdu baği-cənnətdən.Zən verib Müctəbayə zəhri-cəfa,Mürtəza məkri-zəndən oldu fəna.Çox böyük məkr oldu məkri-zənan,Zənə şagirddü məkrdə şeytan.Məkri-zən çox evi qılıb viran,Məkri-zən çoxları qoyub giryan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов