Baği-aləmdə mənə bir güli-rənadı qərəz,Bir qədi sərv, üzü laleyi-həmradı qərəz.

Əhədü Əhmədü Məhmudü Əbülqasimdən,Zahirən ismdi, amma ki, müsəmmadı qərəz.

Ey könül, cilvəgəhi-dustdü səcdəgəhimiz,Kəbəvü deyrü nə məscid, nə kəlisadı qərəz.

Surəti-zahirə hərçənd ki, var rəğbətimiz,Leyk əlfaz oxumaqdan bizə mənadı qərəz.

Bülbül istər gülü, pərvanə sevər şəmi, vəliBizə nə şəm, nə ey dil, güli-rənadı qərəz.

Макта — последний бейт с тахаллусом поэта. Xəlqi-insanda nə surət, nə həyula, Seyyid,Nükteyi-müxtəfiyi-sirri-süveydadı qərəz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе