Adsız şeir
Rəsul Rzaya
Günəş intihar etməz,Eh, ona nə var ki!..Ay onun işığıylaparlayır,hər kəs bilir.Lakin aylı gecələrdaha xoş görünürsə,bunun suçu kimdədir?Suyu doğramaq olmaz.Eh, ona nə var ki!..Ən iti bir xəncərio, bağrında saxlayar.Lakin könül bir sözdəndərin yara alırsa,əcəb, kimdir günahkar?Bahar neçin gəlməsin?Eh, ona nə var ki!..Nərgizlər, bənövşələr,yollarında açılır.Lakin bir sarı yarpaqsaplağından qoparsa,suçlu yaşıl baharmı,qüvvətli ruzgarmıdır?Şam qış nədir bilməyir.Eh, ona nə var ki!..Ömrü boyu yamyaşılatlazlara bürünür.Lakin ruzgar laləninləçəyini tökərsə,suçlu zəif laləmi,qüvvətli rüzgarmıdır?Bir gün dedim ki, xəyal...Eh, ona nə var ki!..Onunçün nə bir hüdud,nə zaman, nə məkan var.Lakin... birdən həqiqətgəldi qarşımda durdu.Dedim: nə xəyalnə də...Bildim, mənəm günahkar.Düşündüm, durdum bir az.Dilləndi qəlb yaramaz.Və dedi:– Qınama, dostum, məni!Mən bir ayna deyiləm,durğun, duru göl kimiməhəbbətsiz, nifrətsizsakit alam qoynumamənə yaxın gələni.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-adsiz-seir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Uşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Ay ağalar, bir nigarın odunaAy ağalar, bir nigarın oduna,Dəli könlüm yana-yana düşübdür.