Axtarın künc-bucağı!Axtarın hər padvalı!Toplayın, təhvil verinparça, qırıq metalı!Kimi görsən başa sal:ölkəni qorumaqçın,gərəklidir hər metal!Bu gün təhvil verirsənparça-parça metalı,sabah təyyarə olur,o, gülləli, bombalı.Düşmən acdır deyirlər,onu gərək doyduraq!Qarnına qurşun töküb,ağzına da mis vuraq!Qoy bir daha acmasın!Qoy həddini aşmasın.Deyək: – Faşist quduzu,istəyirsən buyur, al!Bizim Azərbaycandatoplanmışdır bu metal.Bir zaman bu qazandı,indi şrapnel oldu.Yağıları yandıranalovlu bir sel oldu.Evdar qadın, vətəndaş!Sən də, pioner yoldaş!Kimi görsən başa sal!Məntəqəyə dalbadaltəhvil verilsin metal.Bu gün təhvil verirsənparça-parça metalı;sabah təyyarə oluro, gülləli, bombalı!

iyul, 1941

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов