Uşaqlar
Uşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.Çiçəklik bu dəbistandır, dəbistan!Dəbistan bağında girsin, gül olsun,Özü gül, nəğməsində bülbül olsun.Bu nüzhətgahə gəlsinlər uşaqlar,Tamaşasını görsünlər uşaqlar.Qərənfil, lalə dərsinlər uşaqlar,Alıb ədəb, hübbül-bəşərdən uşaqlar,Məhəbbətli çocuqlar həpsi birdən.Edib gülzari-elmü fənnə pərvaz,Oxu, yazı, ədəb etsinlər ağaz.Oxusunlar həmahəng, həmavaz,Ötüb bülbül misali yerbəyərdən,Məhəbbətli çocuqlar həpsi birdən.Bu gülşəndə bitən sünbül pozulmaz,Bənövşə, yasəmən, güllər də solmaz.Bu gülzarə bərabər gülşən olmaz.Gülitər dərməyə gəlsin səhərdənMəhəbbətli çocuqlar həpsi birdən.Uşaqlar ta yetib həddi-kəmalə,Ala ürfanı ağuşi-vüsalə.Qonub bülbül kimi bir incə dalə,Təğənni eyləyə elmü hünərdənMəhəbbətli çocuqlar həpsi birdən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nezmi-usaqlar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Biz almışıq arvad, alaq çəkməyə,Almamışıq zülfə daraq çəkməyə.
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
Məxluqdan xaliqəBilmirəm mən yeri, dünyanı yaratdın nə üçün?Dağlan, bağı, gülüstanı yaratdın nə üçün?
PulŞiri qılan gədüsifət-etdirən onu payimal,Susduran adlı natiqi eylədən ortalıqda lal,