Saqqalı uzun, guşi pühən, naqədəhandır,Alnı iki barmaq, gözü dar, boynu gərəndir,Qamətdə uca, əqldə alçaq, döşü gəndir,Yüzyaşlı beli əyri, özü piri-gühəndir.Gamuş nəfəs, gav qədəm, fil bədəndir,Əfali fitən, kari hiyəl, hərfi çərəndir,

Rəftarı acı, söhbəti duzsuz, hədərəndir,Xudbin, xudavəndi-xirəd, sahibi-fəndir,Ağzına qapaq xəlqin, ayağına rəsəndir,Yanında iki kəlmə danışmaq qədəğəndir,Hatifl! Bunu bildir mənə, hansı kəsəyəndir?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов