Kişilər
Biz almışıq arvad, alaq çəkməyə,Almamışıq zülfə daraq çəkməyə.
Biz almışıq: arvad ola cariyə,Almamışıq: xanım olub yariyə.
Biz almışıq övrəti iş görməyə,Almamışıq, gündə saçın hörməyə.
Biz almışıq qayınana saxlasın,Almamışıq, gecə-gündüz yuxlasın.
Biz almışıq övrəti əppək yapa,Almamışıq, düzməyə mıncıq sapa.
Biz almışıq saqqala rəng yaxmağa,Almamışıq, qızıl, şəvə taxmağa.
Biz almışıq övrəti ev saxlaya,Almamışıq, hey gəzə sarsaqlaya.
Biz almışıq yırtıq-yamaq sağlaya,Almamışıq, ağlaşmada ağlaya.
Biz almışıq arvadı duz əzməyə,Almamışıq, gündə gedə gəzməyə.
Biz almışıq qulluq edə quş kimi,Almamışıq, bannıya bayquş kimi.
Biz almışıq övrəti oğlan doğa,Almamışıq, qız doğa bərbadlığa.
Biz almışıq, başmaqları cütdəsin,Almamışıq, hey özünü bitdəsin.
Biz almışıq, tək oturub gözləsin,Almamışıq, xala-mama cəmləsin.
Biz almışıq, nehrəmizi çalxasın,Almamışıq uşaqları qarğasın.
Biz almışıq, gül bəzəsin güldana,Almamışıq baldıza donquldana.
Biz almışıq övrəti gülsün, desin,Almamışıq, it kimi zingildəsin.
Biz almışıq övrəti bozbaş yesin,Almamışıq, gündə qazan aş yesin.
Biz almışıq övrəti can-baş desin,Almamışıq, hey bizə külbaş desin.
Biz arvad aldıq ki, olaq bir kişi,Almamışıq pis bişirə bişmişi.
Biz almışıq övrət, olaq bəxtəvər,Almamışıq gündə çəkək dərdsər.
Biz almışıq övrət ola doğrusu,Almamışıq, olsun evin oğrusu...
Kitabxana.az · https://kitabxana.az/ru/works/nezmi-kisiler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şiri qılan gədüsifət-etdirən onu payimal,Susduran adlı natiqi eylədən ortalıqda lal,
TapmacaSaqqalı uzun, guşi pühən, naqədəhandır,Alnı iki barmaq, gözü dar, boynu gərəndir,
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.
Yat!Axşam namazını tələsik qıl, yubamna, yatSol böyriin üstünə uzanıb, qurdalanma, yat!
Стихи других поэтов
İlahi, səni and verirux sədrinin sədaqətinə, kərə yağının kəramətinə, cəmi Əli şiəsin axirçərşənbə gecəsi halvanın qəbrinə zəvvar elə! İlahi, səni and verirux plovun zülfi-pərişanına, sən bizim əlimizi xuruşun damənindən kəm və kutah eləmə. Ya Qəffar, xudaya--xudavənda, səni and verirux püstənin dəhanitənginə, xurmanın rənginə, biz əhli-Şəbüstəri mübarək yeddi lövünün şəfaətindən məhrum və binəsib eləmə. İlahi, səni and verirux abduq ilə qəndabın pilov dövrəsinin ətrafında çəkdiyi zəhmətə, o gecə bizim övrətə bir huş və baş kəramət elə, yağ-düyünü xərab edib, ovqatımı təlx etməsin, uşağı ağlaya-ağlaya qoyub, qonşuya çubuq çəkməyə getməsin.Ey axırçərşənbə gecəsi yatıb, səhər tezdən quşlar ziyarətinə gedən xanımlar, "Amin" deyin! Ey çehil-yasin suyu kimi gəndov suyunu istemal edib, məraminə nail olanlar, ucadan "amin" deyin. Xudaya-pərvərdigara, səni and verirux küçələrimizin zığına, hamamlarımızın kəsafətinə, cavanlarımızın bığına, sən bu yalançı müsəlmanların imanını kamil elə. Ey on tümənə yüz tümən müamilə alanlar, ey evini, bağını girov qoyanlar, "Amin" deyin!
SöyüşünSöyüşün, ey nəciblər, söyüşün!Fəxri-millət ədiblər, söyüşün!
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Günəş batır...Günəş batır... yenə dəQan tökülür sulara,