İstərəm bir gülü nə bağü nə bostan gülüdür,Bülbüləm bir gülə kim, rövzeyi-rizvan gülüdür.

Eşqimi eyləmə nisbət özüvə, ey bülbül,O sənin istədigin fəsli-gülüstan gülüdür.

Cümleyi-rövzeyi-rizvanda tapılmaz belə gül,Güli-xoşrayihədir, çünki bu Qazyan gülüdür.

Bu güli-xilqəti-xaliqdə lətafət çoxdur,Sanma kim, bu güli-xoşrayihə Səlyan gülüdür.

Ey xuda, kim çəkər axırda gülabın bu gülün,Dərdi-sər dəfinə aləmdə bu, dərman gülüdür.

Ərəqi-ruyi-Məhəmməddən olub gül zahir,Bu güli-tazə məgər, ol şəhi-dövran gülüdür.

Ya Məhəmməd özüdür, gül ərəqi-pakı onun,Rüxi-zibayi-dilarası bunun can gülüdür.

Макта — последний бейт с тахаллусом поэта. Sələvat eylə görüb surəti-pakın, Seyyid,Rüxi-həmrası bunun xaliqi-sübhan gülüdür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви