Tiğ etsə xətin pak sənə bir zərər olmaz,Ayinədə seyqəl ola hərgiz kədər olmaz.

Gəl bəzmi-Züleyxayə sən, ey Yusifi-sani,Bu hüsnü lətafətdə desinlər bəşər olmaz.

Ağuşə çəkib arizi-zibanı şəbü ruz,Aləmdə o zülfün kimi bir bəxtəvər olmaz.

Sorma bu gecə silsileyi-zülfi-siyahınTulani olan qissədi, bu müxtəsər olmaz.

Yoxdan açıb ağzın verir axırda cavabım,Pinhani olan nalələrim biəsər olmaz.

Baği-dilə ol nəxli-məhəbbət ki, mən əkdim,Ondan bilirəm qeyri-bəla, bir səmər olmaz.

Макта — последний бейт с тахаллусом поэта. At qəmzən oxun Seyyidə, ey qaşı hilalım,Ruintənə yüz ox atasan kargər olmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви