Aləmi-eşq içrə cananın sevən can istəməz
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Aləmi-eşq içrə cananın sevən can istəməz,Bak edən canü dilindən vəsli-canan istəməz.
Zülməti-zülfündə dil xurşidə etməz iltifat,Maili-ləlin olan kəs abi-heyvan istəməz.
Mülki-dünya aqibət bərbad olur, ey huşyar!Murcə əqli olan mülki-Süleyman istəməz.
Guşeyi-vəhdətdə gülzari-həqə vasil olan,Xardən eylər həzər, seyri-gülüstan istəməz.
Gözlərin rövşən edən şəmi-rüxündən, ey pəri,Sübhə meyl etməz, ziyayi-mehri-rəxşan istəməz.
İstəməz aşiq ki, xət tutsun üzari-dilbəri,Eşqdə kamil olan, ol mahə nöqsan istəməz.
Sinədən peykanların çəkmə, dili etmə xərab,Padşahi-adil öz mülkünü viran istəməz.
Ey təbib, əl çək əlacımdan, məni incitmə çox,Aşiqi-sadiq olan dərdinə dərman istəməz.
Bəs nədən rüxsarına zülfün pərişan etdi yar,Gər bu qarəgünləri zarü pərişan istəməz.
Макта — последний бейт с тахаллусом поэта. Seyyida, sən eylə daim şahi-mərdan vəsfini,Şahi-mərdan çeşmüvi məhşərdə giryan istəməz.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-alemi-esq-icre-cananin-seven-can-istemez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qasımım, zülfi-xəmin üzdə hüveyda görünür,Bu əcəbdir ki, gün üzrə şəbi-yelda görünür.
Şadəm ki, İlahi, tökülə qanı HüseyninŞadəm ki, İlahi, tökülə qanı Hüseynin,Ta razı ola eşqdə cananı Hüseynin.
Aldım ələ peymanə, təvəkkültü əlallah!Aldım ələ peymanə, təvəkkültü ələllah!Oldum genə rindanə, təvəkkültü ələllah!
Dolanım başuva, ey nazlıca yarım, bəri baxDolanım başuva, ey nazlıca yarım, bəri bax,İşvəli, qəmzəli, çəm-xəmli nigarım, bəri bax.
Стихи других поэтов · О любви
Ey afitabi-dövlət, vey kövkəbi-hidayət,Ey mətləyi-təcəlla, vey nuri-bibidayət.
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Ey həbibimEy həbibim, can gedir,Dərman tapılmır, neyləyək?
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,