Ey afitabi-dövlət, vey kövkəbi-hidayət
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey afitabi-dövlət, vey kövkəbi-hidayət,Ey mətləyi-təcəlla, vey nuri-bibidayət.
Şəmi-rüxi-cəmalın bir nuri ləmyəzəldir,K-ənvarinə bulunmaz hərgiz anın nihayət.
Ey nuri mehri-aləm, bir məhdürür ki, yüzün,Mehr ilə mahə eylər hər dəmbədəm sirayət.
Hicrin şəbində məqsud yoluni yad qıldım,Bir guşədən görüngil, ey kövkəbi-hidayət.
Sən müshəfi-həyatı yazdıqda dəsti-qüdrət,Yüzün səhifəsinə nəqş etdi yeddi-ayət.
Kirpiklərinlə qaşın, zülfin hürufidir ki,Səbülməsanidə səhh oldu ol kitabət.
Sünbül saçını çözmə kim, necə baş ayaqdaQalır ucundan anın bicürmü bicinayət.
Məşuqinin, ey aşiq, mehri odu yelinəHər dəmdə abü xakə bax, eyləmə şikayət.
Məşuqədən xəbər kim bilmək dilərsə, yansınEşq oduna ki, aşiq budur əssəh rəvayət.
Макта — последний бейт с тахаллусом поэта. Bipavü sər fənadə qalmışdürür Həbibi,Lütfünlə dəstigir ol, fəzlinlə et inayət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/habibi-ey-afitabi-dovlet-vey-kovkebi-hidayet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dərdi-eşqə hər ki, ol dəmsaz olaOl gərək labüd ki, əhli-raz ola.
Hər kimə həmrah Fəzlullah olaHər kimə həmrah Fəzlullah ola,Ana fəzli-feyz ol Allah ola.
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəhaSünbül saçın gül yüzünə çünkim niqab olur, şəha,Pünhan olan gözün ol dəm şol afitab olur, şəha,
Türreyi-tərrarını sən edəlidən piçü tabTürreyi-tərrarını sən edəlidən piçü tab,Canü dildən səbrü aram getdi, gəlməz gözə xab.
Стихи других поэтов · О любви
Sərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.
Cümə günEy könül, haqqa iladət qıl Cümə gün,Zikr eylə, qəlbin pasını sil Cümə gün.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,