Sərgəştə könlümün yenə min müddəası var
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Sərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.
Bir dəm şikəstə könlüm açılmaz, səbəb nədir?Gəl gör zəmanənin yenə bir macərası var.
Namehribani gör, küsüb əğyar ilən gəzərYarəb, kimin bu tərzdə bir bivəfası var?!
Sərrafi-əql ləli-ləbin müştərisidir,Can nəqdini nisar qılıbdır, bəhası var.
Vəhm eylə, tərk qıl belə sevdanı, ey fələk,Kim, bir xətərli mərhələdir, çox cəfası var.
Tənha bilib vücuduma qəsd etmə, ey könül,Yüz min bəlayi-dövr kimi aşinası var.
Макта — последний бейт с тахаллусом поэта. Ey Əndəlib, naleyi-bicadan əl götür,Gəl gör, bu gülşənin nə əcayib səfası var.
Kitabxana.az · https://kitabxana.az/ru/works/endelib-qaracadagi-sergeste-konlumun-yene-min-muddeasi-var
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Həbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
Yenə bir leylivəş yara dil verdikYenə bir leylivəş yara dil verdik,Könül Məcnun təki divanələnmiş,
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.