Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb!
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Çıxır can cismdən, bir dəm yetir cananımı, ya rəb!Görüb rüxsarını təslim edim bu canımı, ya rəb!
Görüb rüxsarını nəzr etmişəm kim, can edim qurban,Yetir yarı, qəbul eylə mənim qurbanımı, ya rəb!
Təni-zarımdan al ya, ey xuda, bu cani-naşadı,Mübəddəl qıl visali-yarə ya hicranımı, ya rəb!
Tənuri-pirəzəndən bədtər oldu çəşmi-xunpaşım,Cahan qərq oldu, sakit eylə bu tufanımı, ya rəb!
Tökəydi qanımı, azad olaydım dərdi-hicrandan,Gətir bir rəhmə ol bidadgər sultanımı, ya rəb!
Ümidim var kim, görsə fəğanım rəhm edə dilbər,Yetir ol mahi-bimehrə mənim əfğanımı, ya rəb!
Макта — последний бейт с тахаллусом поэта. Tutub xət ruyin, oldu fitneyi-dövri-qəmər peyda,Xətadən hifz qıl bu Seyyidi-nalanımı, ya rəb!
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-cixir-can-cismden-bir-dem-yetir-cananimi-ya-reb
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ta niqab arizinə zülfi-dütadən saldı,Məni ol mahliqa şurü həvadən saldı.
Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydıNolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı,Alıb piyalə ələ yar meygüsarım olaydı.
Sanma güldür gətirən səhni-gülüstanə məniSanma güldür gətirən səhni-gülüstanə məni,Gülə sənsiz nəzər etsəm gətirər canə məni.
Bilməm ki, bu nə fitneyi-dövrü qəmər olduBilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu,Saqi, hanı xurşidi-mey, axır səhər oldu.
Стихи других поэтов · О любви
Nəğməkarın nə günahı, tarçı neyləsin,Muğam kimi möcüzəyə qulaq kar olsa?
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Qəzəl: İç şərabi-nab, özün, saqi, mənə məstanə baxİç şərabi-nab, özün, saqi, mənə məstanə baxGah çeşmi-şəfqət ilə, gahi bi-rəhmanə bax