Bilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu,Saqi, hanı xurşidi-mey, axır səhər oldu.

Əğyar ilə ol qönçədəhən içdi meyi-nab,Ərbabi-vəfa həsrət ilə xuncigər oldu.

Mən dərdi-dilim ərz qılırdım, dedi ol şux:Hay-hay! Bu da gəldi bizə bir dərdi-sər oldu.

Verdim könül ümmid ilə bir özgə nigarə,Bədbəxtligim gör ki, bu ondan bətər oldu.

Hər nəxli-təmənnayə ki, yaşımla su verdim,Əğyarə salıb sayə, mənə bisəmər oldu.

Dildən keçib, əhvalı bilən yari-zəbandan,Mən ərzi-dil etdim ona, qəsdi-digər oldu.

Макта — последний бейт с тахаллусом поэта. Sancıldı təni-zarıma gər oxları, Seyyid,Uçmağa səri-kuyinə bir balü pər oldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви