Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb,Qönçələr qan oldular ləli-dürəfşanın görüb.

Yusifə zindan təmənna oldu mehrindən sənin,Aləmi-zərratdə çahi-zənəxdanın görüb.

Bağban hər gündə bir sərvin qopardır bağdən,Ta kim, ey ruhi-rəvan, sərvi-xuramanın görüb.

Guylər tək əşki-gülgunum olur hər yan rəvan,Əldə çövkan, ərsədə Rəxş üzrə cövlanın görüb.

Qoy ölüm, axır nəfəsdir, gəlmə nəşim üstə, taQeyrlər mərg etməsin xahiş, bu ehsanın görüb.

Zəxminə mərhəm təsəvvür etdi tiri-Rüstəmi,Əşkəbus, ey qaşı yay, sinəmdə peykanın görüb.

Макта — последний бейт с тахаллусом поэта. Qönçə tək yüz pirəhən çak etdi, ey gül, rəşkdənSeyyidi-xunincigər çaki-giribanın görüb.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе