Ta şanə olub ülfəti-zülfündən olam şad,Şadəm ki, dönəm xakə, qubarım ola şimşad.

Şadəm ki, məni eşqdə qəmgin görüb ol şux,Gül tək açılır xatiri, halımdan olur şad.

Mərgim mənim asandı, vəli müşkil odur kim,Məndən sora eylər kimə cövr ol büti-naşad.

Aləmdə mənəm Leyliyi-əsrari-həqiqət,Məcnunu mənəm məst qılan, eyləyən irşad.

Cəzb eyləməsəydi onu şuri-ləbi-Şirin,Dağlarda külung çalmaz idi başına Fərhad.

Saqi, elə məxmurü xərab et məni meydənKim, olmaya məqdur dəxi eyləmək abad.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, yetişib aləmə fəryadü fəğanım,Fəryad ki, təsir eləməz ol gülə fəryad!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви