Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı,Alıb piyalə ələ yar meygüsarım olaydı.

İçəydi badeyi-gülgun o gül piyalə-piyalə,Açaydı arizi güllər, cahan baharım olaydı.

Fəzayi-bağü gülüstanə meyl etməz idim, mən,Əgərçi, şəhrdə bir yari-gülüzarım olaydı.

Nişimən etməz idim mən diyari-qürbəti, ey dil,Rəqibi yar ilə görməkdə gər qərarım olaydı.

O şuxün eşqinə məhcur xəlq edib məni xaliq,Riza olurdum əgər əldə ixtiyarım olaydı.

Rəqib vurmaz idi xari-qüssədən mənə yarə,O gülüzar yanında gər etibarım olaydı.

Макта — последний бейт с тахаллусом поэта. Bu gunə olmaz idi bivəfa o gül mənə, Seyyid,Əgər mənim də vəfasızlığa şüarım olaydı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви