Məgər bənəfşə müəttər qılıb gülüstani,Nəsim cünbüşü təprətdi şaxi-reyhani,Şəmimi-müşk tutub səfheyi-biyabani,Və ya dağıtdı səba tari-zülfi-canani –Ki, tutdu ətri sərasər təmam dünyanı.

Səhabdən yüzünü afitab edib izhar,Təcəlli eylədi ya şaxi-Turdən ənvarVə ya cahanə gəlib huriyani-gülrüxsarVə ya ki zülf arasından göründü çöhreyi-yar,Firuği-tələti etdi cahanı nurani.

Göründü aləmə yoxsa əlaməti-məhşərVə ya qiyaməti-üzmadən oldu yoxsa xəbər,Bəlayi-nagəh edibdir nüzul xəlqə məgərVə ya xuramə gəlib sərvi-qaməti-dilbər –Ki, iztirabə düşüb xəlq olubdur heyrani.

Məgər müsəxxər olub əhli-küfrə qibleyi-din,Olubdu küfrə mübəddəl büsati-ruyi-zəminVə ya sipahi-xəvaric olubla KəbənişinVə ya ki qəmzeyi-dilbər çəkibdi xəncəri-kin –Ki, getdi xəlqin əlindən əsasi-iymani.

Cahanda abi-bəqadən məgər göründü nişanVə ya dübarə Məsih ibn-Məryəm oldu əyan,Yetişdi hökmi-bəqa, yoxsa hökmi-biimkanVə ya açıldı təkəllüm ilə ləbi-canan,Yetirdi firqeyi-əmvatə müjdeyi-cani.

Olubdu mülki-cahan qistü ədldən məmur,Dönübdü sahəti-xüldi-bərinə vadiyi-Tur,Yaxıbdı çoxları Musa kimi təcəlliyi-nur,Məgər ki, hüccəti-əsr eyləyibdi əsrə zühur,Cahanə şamil olub feyzi-zati-rəbbani.

Amandı çək əlüvi, Seyyida, müəmmadən,Cahanı şübhəyə salma işarə, iymadən,Götür niqab rüxi-şahidi-dilaradən,Göründü nuri-bəha kuhi-Turi-Sinadən,Cahanə etdi təcəlla cəmali-sübhani.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви