Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə,Günün oldisə gər hicran əlindən qarə, səbr eylə,Ümidi-vəsli-cənnət eyləyib yan narə, səbr eylə,Düşüb Məcnun kimi səhranı gəz avarə, səbr eylə,Cəfayi-dövri-gərdun dunü kəcrəftarə, səbr eylə.

Bu ahugözlülər bağlar kəməndi-zülf ilə şiri,Tökübdür çoxların qanın bu yolda eşq şəmşiri,İtirmə kəsrəti-qəmdən, əzizim, rahi-tədbiri,Məhəbbət pak olursa, çox olur əlbəttə təsiri,Edər ahın əsər ol dilbəri-xunxarə, səbr eylə.

Oxurdum məktəbi-üşşaqdə təsnifi-Loğmanı –Ki, gördüm səbt olub hər müşkülə bir növ samanı,Bu qədri çəkmə hicri-yar əlindən ahü əfqanı,O hansı dərddir kim, olmasın aləmdə dərmanı,Yazılmış dəhrdə hər dərd üçün bir çarə, səbr eylə.

Vuran Mənsurluq lafın qəmi-darından incinməz,Özün pərvanə tək şəmə vuran narından incinməz.O şirin ləlin, aşiq, təlx göftarından incinməz.Gülüstani-cahanda gül sevən, xarından incinməz,Əgər yar istəyirsən, təneyi-əğyarə səbr eylə.

Nə qəm, olsa sənə, ey dust, düşmən cümleyi-aləm –Ki, mülki-hüsn içində, tacidarım, şahsən sən həm,Çəkib müjgan sipahı eylə yeksər aləmi bərhəm,Və lakin zəxmi-tiri-yarə hərgiz istəmə mərhəm,Yetə gər sinən üzrə yarə üstən yarə, səbr eylə.

Əgərçi xurdü xabı eşq üşşaqə həram eylər,Xəyali-zülfü rüxsarı günün möhnətlə şam eylər,Nə Əflatun bu dərdin çarəsin, nə Cəm, nə cam eylər,Olur ki, vəsli-dilbər bir gün, ey məh, iltiyam elyər,Əgər Seyyid kimi könlün ola sədparə, səbr eylə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви