Var idi bir ədibi-danişmənd,Bəhri-elmü kəmalü mədəni-pənd.Eyləyib elmü fəzl icadın,Elmə təhris edərdi övladın.Ona şah oğlun eylədi təslim,Ta ona elmü fəzl edə təlim.Dedi kim, ey ədibi-fərzanə,Sənə təslimdir bu dürdanə.Necə ki, oğluva edirsən cəhd,Ona da eylə elmi-hikməti əhd.Ta ədib etdi hökmi-şahı qəbul,Oldu, insanı gör, zəlumü cəhul.Neçə il çəkdi zəhmət ol dana,Olmadı bir fərasəti peyda.Leyk övladi-bakəmali-ədibHər biri fəzldən apardı nəsib.Şah bir gün ədibə qıldı xitab,Eylədi qeyz ilə itabə şitab –Key müəllim, bu nə xəyanətdir?Bu nə ixlasü nə iradətdir?Əhdüvə hiç səndə yoxdu vəfa,

**“Fə iza xaləfəl-kərimü cəfa”.Ərz qıldı ədib, key sultan,Tərbiyətdir zəmanədə yeksan.Müxtəlifdir və leyk istedad –Ki, müqəssir deyil yəqin ustad.Daş-ara simü zərdü kər müzmər,Leyk hər daşda yoxdu sim ilə zər.Oldu dəhrə Süheyl nurəfşan,Müxtəlif zahir oldu bəs əlvan.Cümlə əlvan Süheyldəndir əgər,Verdi hər cüzi-ərzə rəngi-digər.Aldı hər çiz feyzi-mövlasın,Eylədi zahir öz təqazasın.Agəh ol kim, bir əmrdir müşkül –Ki, verə şurəzarlər sünbül.Seyyida, çəkmə zəhməti-bica,Hər şey öz batinin edər peyda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости