Yoxdur əlac, çoxdu bu könlümdə həsrətim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Yoxdur əlac, çoxdu bu könlümdə həsrətim,Nə vəslə dəstrəs, nə fərağında taqətim.
Çox həsrətəm dübarə görüm bir cəmalüvi,Vahəsrəta, könüldə qala gər bu həsrətim.
Yetməz əlim nə çarə düşəm xaki-payüvə,Bir-bir deyim sənə ələmü dərdü mehnətim.
Eşqin məriziyəm, məni eylər bu qəm həlak,Darüşşəfayi-vəslüvə var indi hacətim.
Əzbəs ki, vəsl təşnəsiyəm, çeşmeyi-bəqaŞəhdi-zülalın olmasa etməz kifayətim.
Bilməm nədir fəqih deyən məhşəri-əzim,Hər gün ki, görməsəm üzün, oldur qiyamətim.
Duzəx səninlə xüldi-bərindən ziyadədir,Sənsiz behişt içində olur çox üqubətim.
Qurbanın eylə, qoy dolanım başuva məni,Bundan ziyadə hicrüvə yox istiqamətim.
Макта — последний бейт с тахаллусом поэта. Bir qəmzə ilə Seyyidi qıl şöhrəti-cahan,Yetsin səmayə ta əsəri-cahü rüfətim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-yoxdur-elac-coxdu-bu-konlumde-hesretim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çəkər candan əlin könlüm ləbi-dildardən keçməz,Keçər meyxarə aləmdən, meyi-gülnardən keçməz.
Tiğ etsə xətin pak sənə bir zərər olmazTiğ etsə xətin pak sənə bir zərər olmaz,Ayinədə seyqəl ola hərgiz kədər olmaz.
Aləmi-eşq içrə cananın sevən can istəməzAləmi-eşq içrə cananın sevən can istəməz,Bak edən canü dilindən vəsli-canan istəməz.
Hansı bar aşiqə kim, sən kimi canan olmazHansı bar aşiqə kim, sən kimi canan olmaz,Bu müşəxxəsdi ki, cismində onun can olmaz.