Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam,Hər sözdə bir dilim tutulub, natəvan olam.

Ta sənsiz özgələr üzünü görməsin gözüm,Gözlərdən istərəm dəhənin tək nihan olam.

Guya qəfəsdə bülbül olur zağə həmnəfəs –Sənsiz əgər ki, həmdəmi-huri-cinan olam.

Bir zəxm urub ötüşmə səni tari, ey sənəm,Qorxum budur bu zərbət ilə nimcan olam.

Макта — последний бейт с тахаллусом поэта. Ya rəb, nəsib qıl mənə Seyyid tək ol günü –Kim, növki-tiri-qəmzeyi-yarə nişan olam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов