Siyah zülfün olub ruyüvə niqab dedim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Siyah zülfün olub ruyüvə niqab dedim,Bu gün genə tutulub, ey məh, afitab dedim.
Dəhani-yar ki, bir nöqtədir, nədir sirri,Vücuda gəldi, bu yox vəsfi bir kitab dedim.
O xətti-ruyinə zülfi əlaqəsi gətirib,Həbəş sipahına rəhbər olub qürab dedim.
Dedim şərab ləbi-ləlüvi, zəhi-xiclət,Nə məstlikdi bu kim, mən şərabə ab dedim.
Rəvadi qan ola dil, ey cəmalı xurşidim,Ləbi-lətifüvi nisbətdə ləli-nab dedim.
O ruhi-əzəmi kəmtər cəmada bənzətdim,Məsihə töhməti mən xanimanxərab dedim.
Həvəslə şərh elədim arizin gülüstanın,Behişti-həşt-dəri xəlqə bab-bab dedim.
Xəyali-vəslin ilə pür görüb dili-zarı,Dolub həvayi-məhəbbətlə bir hübab dedim.
Rəqibi yar ilə görməkdən ölməgim xoşdur,Amandı qanımı tök, eylə bir səvab, dedim.
Макта — последний бейт с тахаллусом поэта. Ləb üstə xalını gördüm o növsərin, Seyyid,Qonubdu şəkkərə bir bəxtəvər zubab, dedim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-siyah-zulfun-olub-ruyuve-niqab-dedim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
Gülğülə saldım genə nöhfələki-əxzərəGülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.