Səncan şahının yuxusu
Yuxuda gördü şahi-Səncani –Ki, tökülmüş təmam dəndani.Bir müəbbirdən etdi ani sual,Dedi: – Ey padşahi-ərşcəlal,Bil ki, dəndandır sənə övlad,Böylə yazmış kitabdə ustad:Öləcəkdir sənin çox övladın.Çıxacaq ərşə ahü fəryadın.Dedi şəh: – Böylədir, deyil böhtan,Qətlinə eylədi onun fərman.Tünd olub padşahi-danişvər,İstədi bir müəbbiri-digər.Bu müəbbirdən etdi hali sual,Dedi: – Ey padşahi-nikufal,Gördüyün xab üçün budur təbir,Həq sənə lütf edibdi ömri-təvil.Çün bu rəmzi eşitdi şahi-cavan,Verdi bu şəxsə xələti-əlvan.Dedilər: – Ey şəhi-zəminü zəmən,Sadir oldu əcibə iş səndən.Hər müəbbir ki, halı etdi bəyan,Söylədin böylədir, deyil böhtan.Birini qanə eylədin qəltan,Birinə xələt eylədin ehsan.Dedi: – Ari, o iki mərdi-dilirYuxumu yaxşı etdilər təbir.Leyk əvvəlki şəxs idi nadan,Sözü bipərdə qıldı şərhü bəyan.Necə əvvəlki eylədi təbir,Sonrakı eylə qıldı həm təqrir.Sözü lazımdı şəxs eylə desin –Ki, təbiət o sözdən inciməsin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-sencan-sahinin-yuxusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eşidib ölməgüvi şəhrdən öldüm, getdim,Eylə, ey mah, məni tərki-səfərdən ehya.
Yad ol günlər ki, bavər eyləməzdim, ey könülYad ol günlər ki, bavər eyləməzdim, ey könül,Gər şikayət eyləsəydi kimsə hicri-yardən.
Eşitdim ta qiyamət qamətindən bir əlamətdirEşitdim ta qiyamət qamətindən bir əlamətdir,Qiyamət həsrətindən hər günüm yüz min qiyamətdir.
Ruzi-qətli Seyyidin eylər neçin yar iztirabRuzi-qətli Seyyidin eylər neçin yar iztirab,Gər bu məzlumə o şuxi-səngdil qatil degil?
Стихи других поэтов
Bir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,
Gəraylı: Xalxalın göy çəmənindəXalxalın göy çəmənində,Bir qara tel pəri gördüm,
YoxduQəm, qüssəm başımdan aşıb,Mən tək dərddə qalan yoxdu.
Tədbirin gözəlliyiƏmr etdi nədimə sultan bir səhər,Ki, hazır eyləsin qalın bir dəftər,