Bir nigari-novbaharın gül camalın istərəm
Что такое мурабба?
Мурабба: стихотворение из строф по четыре строки.
Bir nigari-novbaharın gül camalın istərəm,Lölöyi-tər tək camalı üzrə xalın istərəm,Cuybari-hüsn ara, şəkkər zülalın istərəm,Mey içib məstan gəzən çeşmi-ğəzalin istərəm.
Aşiqin tərk eyləyib, amma özü məstan gəzər,Naz edər hər dəm rəqibə bağ ara şadan gəzər,Yadına bilmərrə düşməz, əhdilə peyman gəzər,Bir belə insafsız yarın vüsalın istərəm.
Yarını həsrət qoyub aləm ara xar eyləyən,Sındırıb iqrarını firqətdə bimar eyləyən,Şad edən əğyarını hər ləhzə təkrar eyləyən,Gərdəni-mina, qəddi-Tuba misalın istərəm.
Rovzeyi-hüsn içrə guya ahuyi-tatardır,Xali-mişkini zənəxdanında ənbərbardır,Ləbləri gül, dişləri həm lölöyi-şəhvardır,Bir belə rəna ğəzalin, xəttü xalın istərəm.
Bülbüli-şuridə tək cəh-cəh uran, dad eyləyən,Məst olan, tavus tək məstan geyib, məstan gəzən,Aşiqini görcəgin tərlan kimi gərdən çəkən,Naz edən nazikbədən tuti məqalın istərəm.
Baği-gülzar içrə ahu kimi hər yanə baxan,Etinalar eyləyib əğyarə naz ilə axan,Aşiqi-zarın dilini nari-hicranə yaxan,Dərgahi-pakində əğyarın zəvalın istərəm.
Əl çəkib Nəvvabdan, yarəb, o yari-bivəfa,Nazilən eylər ona hər ləhzə min cövrü cəfa.Bir deməz biçarə məndən görmədi zövqü səfa,Rəm yeyən, ram olmayan vəhşi ğəzalin istərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nevvab-bir-nigari-novbaharin-gul-camalin-isterem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qərqi-dəryayi-qəm oldum, ey xudaya, dadə yet,Qussədən gul tək saraldım, ey xuda, fəryadə yet.
Qəmi-hicrində bimarəm mən, ey dostQəmi-hicrində bimarəm mən, ey dost!Zəlilu acizu zarəm mən, ey dost!
Neyləyim, oldu bahar amma baharım gəlmədiNeyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.
Zindani-qəmdə oldu gunum qarət ağlaramZindani-qəmdə oldu günüm qarət ağlaram,Sövdayi eşqində çəkib zillət ağlaram.
Стихи других поэтов · О любви
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Hanı o yarə uyub, xəlvət etdiyim gecələrHanı o yarə uyub, xəlvət etdiyim gecələr?Ənisü-munis, olub söhbət etdiyim gecələr?
Dinlə, Xavər!Başımın üstünü kəssə də ölümSağ əli baltalı bir cəllad kimi,
MənEy gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.