Bir nigarı istərəm aləmlərin əlasıdır,Rüzgarın bağı icrə növguli-rənasıdır,Can ona qiymət degil, qiymətlərin ədnasıdır,Cünki bu sovdayi-kamili-gulruxan sövdasıdır.

Nazilə nazik baxanda dinu imanı alır,Oəmzəsi ahənruba tək cismdən canı alır,Qiyməti-ləli-ləbi İranu Turanı alır,Cünki bu sövdayi-kamili-gülruxan sövdasıdır.

Xalu xəttu tələti firdovsi-əlaya dəgər,Qaməti-şumşadi min-min sərvi-tubaya dəgər,Zülfünün hər tarı yuz Leylavu Əzrayə dəgər,Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır.

Zahida, bu biz degil kim, əlli qat başa qoyub,Şiydu salusi ilə bicarə əvamı tovlayub,Ac qurd kimi cəmiən pul, malını soyub,Bəlkə bu sovdeyi-kamili-gulruxan sövdasıdır.

Yox məlaməti-aşiqi-bicarə gər candan kecə.Bir belə canan yolunda xanimandan kecə,Bu degil halva ki, molla dinu imandan kecə,Bəlkə bu sovdayi-kamili-gulruxan sövdasıdır.

Bu degil yaqutu almasu zəbərcəd zivəri,Hər dənizadə alıb zinət, verə duşu bəri,Bu gedil dinaru dirhəm kim, yığa hər sərsəri,Bəlkə bu sovdayi-kamili-gulruxan sövdasıdır.

Yoxdur insaf sənə, Nəvvab bir etməz nigah,Bülbüli-şeyda kimi gər edəsən əfqanu ah,Kəbəyi-küyində omrun mayəsin etsin təbah,Cünki bu sovdayi-kamili-gülruxan sövdasıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви