Neyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.

Qönçə tək qan oldu bağrım hicri-ruyində, nedim?Lalə tək dağlandı sinəm, laləzarım gəlmədi.

Dağü bağa seyrə çıxmış cümlə ahuçeşmlər,Ram idi, yaran, nədən ahu-tatarım gəlmədi?

Vədə verdi, sındırıb əhdini, oldu bivəfa,Ərşi-əlaya dayandı ahü zarım, gəlmədi.

Bülbüli-şeyda kimi naləm tutubdur aləmi,Sərvqədli məhcəbinim, nazlı yarım gəlmədi.

Макта — последний бейт с тахаллусом поэта. Müntəzir Nəvvabı qoymuş, leyk özü məstan gəzər,Gözlərim yolda qoyub, çeşmi-xumarım gəlmədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе