Bir nigarı istərəm aləmlərin əlasıdır,Ruzgarın bağı içrə novgüli-rənasıdır,Can ona qiymət degil, qiymətlərin ədnasıdır,Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Nazilə nazik baxanda dinü imanı alır,Oəmzəsi ahənrüba tək cismdən canı alır,Qiyməti-ləli-ləbi İranü Turanı alır,Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Xalü xəttü tələti firdövsi-əlaya dəgər,Qaməti-şümşadi min-min sərvi-tubaya dəgər,Zülfünün hər tarı yüz Leylavü Əzrayə dəgər,Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Zahida, bu biz degil kim, əlli qat başa qoyub,Şiydü salusi ilə biçarə əvamı tovlayub,Ac qurd kimi cəmiən pul, malını soyub,Bəlkə bu sövdeyi-kamili-gülrüxan sövdasıdır.

Yox məlaməti-aşiqi-biçarə gər candan keçə.Bir belə canan yolunda xanimandan keçə,Bu degil halva ki, molla dinü imandan keçə,Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Bu degil yaqutü almasü zəbərcəd zivəri,Hər dənizadə alıb zinət, verə duşü bəri,Bu gedil dinarü dirhəm kim, yığa hər sərsəri,Bəlkə bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Yoxdur insaf sənə, Nəvvab bir etməz nigah,Bülbüli-şeyda kimi gər edəsən əfqanü ah,Kəbəyi-kuyində ömrün mayəsin etsin təbah,Çünki bu sövdayi-kamili-gülrüxan sövdasıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви