Hanı o yarə uyub, xəlvət etdiyim gecələr
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Hanı o yarə uyub, xəlvət etdiyim gecələr?
Ənisü-munis, olub söhbət etdiyim gecələr?
Necoldu, bir mən idim, bir də ol nigarım idi,
Hərimi-qürbidə mən şöhrət etdiyim gecələr?
Gözüm gözündə, əlim daməni-vüsalində,
Hanı o yarə durub minnət etdiyim gecələr?
Necoldu, bari-xudaya ki, yar ilə var idim,
Həmişə eyşdə mən, işrət etdiyim gecələr?
Mən fəraqində axir belə deyildim ki xar,
Vüsal şahidiyəm, izzət etdiyim gecələr?
Fəraqi-cövrünü bilməm, bu qədri mən çəkirəm,
Ki, bir də qismət ola, vəslət etdiyim gecələr?
Nəsib ola, Qaradaği, bana görüm bir də
O yar ilə qonuşub, ülfət etdiyim gecələr?
Kitabxana.az · https://kitabxana.az/ru/works/hasenali-xan-qaradagi-hani-o-yare-uyub-xelvet-etdiyim-geceler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ney tək nəvayə gəldi yenə, tutdu nar dil,Bilməm nedim, nə çarə qılım mən, yanar dil.
Ol kəs ki, məni öldidi, indi beylə getdiOl kəs ki, məni öldidi, indi beylə getdi,Qan ilə xizab əlləri, şəmşir ilə getdi.
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
Ruzi-əvvəl bilməzəm kim necə qismətdir banaRuzi-əvvəl bilməzəm kim necə qismətdir bana,Gecələr göz xabə uymaz, ah adətdir bana.
Стихи других поэтов · О любви
Hərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.
Söylə hardasanƏcayib sevdaya düşdüm, allahım,Ölürəm, ilqarım söylə, hardasan?
Ey könül, ol mənisiz cahili yar etməkmolurEy könül, ol mənisiz cahili yar etməkmolur,Mənisiz cahil sözünə etibar etməkmolur.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd