Fələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?

Ürəyim yaralanıb, sinəmə dağlar çəkilib,Gözümə qan sağılıb yaş dolacağmış, nə bilim?

Bitirib bağ salıb bir neçə güllər yetidim,Uzadıb dəsti-qəza kim yolacağmış, nə bilim?

Əl çəkib nakəsidən çərx elə nakəsimiş,Bir mənə cövrü cəfalar qılacağmış, nə bilim?

Aşiqə naz eyləmək adət olub mə’şuqə,Bu qədər naz eyliyib can alacağmış, nə bilim?

Bəslədim zülfü, dedim, başıma salsın sayə,Dolanıb boyna ilan tək çalacağmış, nə bilim?

Səltənət rütbəsini xar tutardım şahikən,Məni başdan ayağa qəm salacağmış, nə bilim?

Макта — последний бейт с тахаллусом поэта. Ruzgarın dolanıb haləti bir özgə hala,Ey Qaradaği, mənə qəm qalacağmış, nə bilim?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви