Başımın üstünü kəssə də ölümSağ əli baltalı bir cəllad kimi,Mənim taleyimə yanma, sevgilim!Lakin bu dəhşətə baxma yad kimi…

Solsa da qüssədən al yanaqların,Sən bu müsibəti qəlbində saxla…Dil açsın hər yerdə gül dodaqlarınBir əxlaq, bir sevgi, bir qanacaqla.

O zaman mənim də ruhum şad olar,Qəbrim çiçək açar bu ülfətinlə;Sorsalar nə qaldı məndən yadigar?Dayan heykəl kimi məhəbbətinlə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви