Yay günü... Yol üstü... Ağac kölgəsi...Kölgədə bir gəlin oturmuş yalqız;Od tökür başına göyün nəfəsi,Yatır qucağında südəmər bir qız.

Uşaq yuxusunda qımışıb gülür,Tamam qapanmamış ala gözləri.Onun saf üzündən nurlar tökülür,Elə bil açılır bir yaz səhəri.

Axışıb atlılar, arabalılarKəndlərə qayıdıb gedir şəhərdən.Nə hava tərpənir, nə meh, nə ruzgar...Quşun da nəfəsi təngiyir hərdən.

Duyub körpəsinin hər bir halım,Ana sığınmışdır bu kölgəliyə.Uşağın üzünə çəkir şalını,Günəş gözlərinə düşməsin deyə.

Yol üstə dincələn o gəlin kimdi?-Şəhərdən qayıdır, kəndə gedəcək.Uşaq yuxusunu alacaq indi;Ana öz yoluna davam edəcək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов