Yaz gələndə daşıb gələr,Dağı-daşı aşıb gələr,Göylə qucaqlaşıb gələr,Heç dincini almaz bir az— Könlüm kimi rahat olmaz;Hey gəzişər, hey dolanar,Gah durular, gah bulanar.Mənzil kəsər, Uzun yollu, Neçə qollu,Axar göllü Axar çaylar.Şütüyər bir ilan kimi,Göy xallı bir qulan kimi.Hərdən hirsə dolan kimiÜrəyində kin saxlayar,Yeri, göyü ayaqlayar,Qayaları dəlib keçər,Dağa girər, daş gəmirər.Dəli selli, Başı yelli,Ağır elli Axar çaylar.Dağdan dağa, düzdən-düzə,Axıb gedər süzə-süzə.Ayna tutar üzümüzə,Salam verər ömrümüzə.Dörd yanında göy çəmənlər.Qərənfillər, yasəmənlər.Söyüdlər də çiçək açar.Ceyran qaçar, turac uçar.Şəfalıdır, Səfalıdır.Yanı güliü, Şux bülbüllü,Göy sünbüllü Axar çaylar.Gəzər dağ-dağ, təpə-təpə.Çəmənləri öpə-öpə.Dalğa-dalğa, ləpə-ləpə,Aşıb daşar, daşıb aşar,Pıçıl-pıçıl pıçıldaşar,Şəlalələr qardaşıdırSərçeşmələr sirdaşıdır.Məzəlidir, Qəmzəlidir.Şirin dilli, Sərin yelli,Dalğa telli Axar çaylar.Yaxasında bənövşələr,Kölgə salar göy meşələr.Axşam-axşam, səhər-səhər,Xoş havası sərin olar,Lalladıqca dərin olar,Gərdəninə zümrüd taxar.Başı yaylaq, Yanı oylaq,Üstü xallı, Kol maralh,Qeyli-qalh Axar çaylar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе