Qız və roman
Güllü sarmaşıqlar içində yalqızYaşıl bir eyvanda sevdalı bir qız.Yuxuya getmişdir, o gözəl pəriBəlkə də sirli bir xəyala dalmışÜzündə sayrışır ay şəfəqləriMehrab o dilbərə çıraqmı salmış?
Dağılmış saçları o gül üzünə,Oxşayır alnını sərin bir rüzgar.Gözəl təbiətin bu saf qızına.Günəşli gündüzlər aylı axşamlarƏlvan şəfəqlərdən rübənd toxuyur,Adına bülbüllər dastan oxuyur.
Təbiət çox sevir insan oğlunu.Təbiət qoynunda bəsləyir onu.Bu cansız görünən hər daş, hər qayaAxşamlar söz açır ulduza, aya.Məncə, təbiətin böyük qəlbi var,Dünyanın qəlbidir bizim insanlar,Ğmürlər günəşdən busələr alır.Axan şəlalələr buna əl çalır.
Bəzən şırıl-şırıl axdıqca bir su,Ürəkdə nazlanır insan duyğusu.Xəyal qanadlanır, uçur göylərə.Ulduzlu göylərdən gül dərə-dərəBütün kainatı seyr edir insan.Dünyalar yaranır hər arzusundan.Yaz bunu, bumunu sallayıb yenə"Təbiət nə gərək sovet şerinə"Deyən şairlərin ömrü gödəkdir.Təbiət insanla gün görəcəkdir.
Yatır sevdalı qız, o yorğun maral,Gözəlsiz ağlayır ən böyük xəyal.Qızın yanaqları çiçək-çiçəkdirBizim el dilində gözəl-göyçəkdir.Yatır sinəsində açıq bir romanKülək oynatdıqca varaqlarınıQızcığaz oyanır ağır yuxudanAzca sığallayır yanaqlarınıSonra şirin-şirin yuxuya gedir.Bu gözəl aləmi yenə tərk edir.
Oyan, təbiətin vicdanı pəri,Dil açsın qəlbinin gözəl telləri,Sənsiz bu kainat vaxtsız qocalar,Dünyanın romanı yarımçıq qalar.Günəş həsrət çəkər o gül üzünə,Sənin o mehriban ana dizinə,Dahilər baş qoyub xəyala dalmış,Qoynunda yaz olur hər boranlı qış.
Yatır sevdalı qız, o nazlı canan,Yatır sinəsində açıq bir roman.Oxumuş dastanı bu gözəl pəriFəqət bir nöqtədə ala gözləriTaqətdən düşərək birdən yumulmuşNə deyim? Bəlkə də o qanadlı quşSevdiyi bir gənci anaraq yenəBatmış məhəbbətin dərinliyinə,Bəlkə xəyaldadır, yatmamış o qız?Külək, gəl oyatma sən onu vaxtsız.
Ayırma sevdalı bir kainatdanBəzən şirin olur yuxu həyatdan.Yatır sevdalı qız ruhu mehriban,Yatır sinəsində açıq bir roman.Həyat da romandır, o yaradılırDünya binasmı qoyandan bəri.Tez-tez varaqlanır, tez-tez dadıhr,Gah şirin, gah acı səhifələri.Fəqət bu romanı sonuna qədərOxuyan olmuşmu ban bir nəfər?
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-qiz-ve-roman
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Açılıb gülsün, əzizim, hər çəmən, hər laləzar,Solmasın, yavrum, a Leyla, novbaharın gülləri
İngilisBilirəm hər qəlbin mən iç üzünü,Bir çoxu fitnəli, həm böhtanlıdır
Uzaqlara doğruArkadaş, deyirlər Əfqanda, Çindəİnsanlar boğulur qanlar içində.
ŞeirO axşam gəldim sizə,Nə hörmət etdin bizə?
Стихи других поэтов
Şeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Hicran ilə kim, daməni-qəm dəstrəsimdirHicran ilə kim, daməni-qəm dəstrəsimdir,Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.