Düşüncələr
Gah olur ki, ovçu könlüm dağlar aşaraq,Asta gedib, ağır gəzib, ellər dolanır…Səssiz keçən günlərımlə vidalaşaraq,Haray çəkib, qıy qoparıb çöllər dolanır.
Bir quşcuğun uçuşunda, bilsəniz, nələr,Nələr duyur bir şairin səyyar ürəyi;İnsaf elə, deyilmidir canlı bir əsərYaşıl meşə, yaşıl tala, maral sürəyi?..
Laçın qopur yuvasından öz sürətilə,Qoca dağlar baş qaldırıb boylanır göyə;Kim uçmayır öz qəlbinin şeriyyətilə?..Kim baxmayır bu aləmə — yüksəliş, — deyə?..
Bu dünyanın xəritəsi bir rəngdə deyil,Hər surətin öz nəqşi var bir əzəl gündən…Qoca palıd əyilmədən yaşayır yüz il,Qopanda da vüqar ilə qopur kökündən!
O ölməyir, heç ölərmi cahanda vüqar?!Zaman keçir, budaq atır körpə şitillər…Bir əlində yaz günəşi, birində bahar,Neçə bayram qarşılayır bizim nəsillər.
Gah da açıb qollarımı bir ruzgar kimi,Karvanımı eldən-elə sürüb köçürəm;Ürəyimdə bır dünyanın gücü var kimi,Dənizlərdən dənizlərə üzüb keçirəm.
Qaya boyda dalğaların polad cərgəsiSinəm üstdən aşıb keçir neçə qatarla.Neyləyəcək iradəmə dəniz lərzəsi?Kim istəməz çarpışmağı fırtınalarla?!
Arabir də sakit axan bir su yanındaFikrə gedib danışıram yalnız ürəklə;Arzularım çaylar kimi axır qanımda,Kimin qəlbi döyünməyir min bir diləklə?
Deyirəm ki, uzaq yolda susuzluq çəkənBir insanın yollarında bulaq olaydım…Bütün məslək dostlarımın bu dünyada mənHər qəminə, nəşəsinə ortaq olaydım
Deyirəm ki, qanadını gərəndə hicran,Birləşdirim ayn düşmüş dost əllərini;Həsrət çəkən sevgililər qovuşan zamanŞerə düzüm bu vüsalın əməllərini.
Bir quşcuğun yuvasını yıxanda ruzgar,Dimdiyimdə çör-çöp yığıb yuva quraydım…Qanad açıb dirçələndə körpəcə quşlar,Çolpaları yuvasından mən uçuraydım.
Deyirəm ki, rast gəldiyim bir yetim uşaqAta desin, ata bilsin məni görəndə.Kim istəməz yıxılanın dayağı olmaq?Kim sevinməz bir xeyirxah ömür sürəndə?
Gah olur ki, yer altında əlimdə çıraq,Şaxtalarda külüng vurub mədən qazıram.Gah da dönüb bir ağ saçlı hakim olaraq,Çörçill ilə Trumenə ölüm yazıram.
Buruq qurub neft çıxaran qəhrəmanlarınBaltası tək qayaları özüm yaraydım.Yer altına yer üstdəki mərd insanlarınHər sözünü, salamını mən aparaydım.
Deyirəm ki, yer üzünü gəzib bir zaman.Yetimlərin naləsinə qulaq asaydım.Cahangirlər dünyasını dar ağacından öz əlimlə, öz əliınlə tutub asaydım!
Yaz günəşi saçlarını düzə yayanda,Yer şumlayıb, toxum səpib, taxıl əkəydim;Təpəl öküz bürkülənib diz qatlayanda.Bir kotana qayış olub özüm çəkəydim
Tarlaların bəndlərini qıranda sellər,Bir sədd olub qabağını kəsə biləydim.İlan kimi dil çıxarıb yananda çöllər,İlk baharın nəsimi tək əsə biləydim.
Deyirəm ki, istiqbala məndən yadigarNə şöhrətim, nə heykəlim, nə adım olsun;Döyüşlərdə zəfər çalan mərd qəhrəmanlarCərgəsində əsərimlə övladım olsun!
Deyirlər ki, soyuyacaq Günəş bir zaman;Düşündükcə o zavallı, o "axır" günü…Bu dünyaya neçə min il gəlib sonradan.Gücüm çatıb uzadaydım günün ömrünü…
Öz əlimlə inci kimi sapa düzəydimAylarını, illərini əbədiyyətin…Göy üzündə günəş ilə qoşa gəzəydim,Yer üzündə mən olaydım hüsnü xilqətin…
Deyirəm ki, bayram günü çöldə, çəməndəÜrəklərə nəğmə tutan bır ney olaydım.Mən özümü bu dünyada, dünyanı məndəDərk eləyib, məna dolu hər şey olaydım…
Bir arzunun övladıdır hər kiçik əsər…Düşünürəm. Dilə gəlir qəlbimdə bir səs,Deyir: — Şair! Xoş olsa da bu düşüncələr,Bir kainat bir ürəyə sığışa bilməz…
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-dusunceler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Göylər ki, müləvvən o şəfəqlərlə bərabər,Dəryalara, səhralara min cilvə sərasər
OrdaUzaq, bu həyatdan uzaq bir yer varYaşıl dağlarında sərin bir ruzgar.
Səlyan gözəliMənə hər gün bu yaxın pəncərədənDəli bir gözlə baxırsan, bu nədən?
BəlkəDeyirlər Şəkinin bu yaxın dağıBəsləmiş bir maral-hər qəlbə yağı.
Стихи других поэтов
Gənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
QurtarsınYüz acı eyham var hər bir sözündəSaçları buluddu günəş üzündə.