Yenə də ruhumu gəzdi bir duyğu...Götür albomunu, mən deyim, sən yaz!Bizim dünyamızda günah deyil bu –Səninlə üz-üzə danışsaq bir az.Götür albomunu, mən deyim, sən yaz!Gecələr yalnızam mən yatağımda,Bilirəm yalnızsan hələlik sən də.Xəyalım dağılır yellər əsəndə,Dalıb düşünürkən öz otağımda,Gecələr yalnızam mən yatağımda.Söylə, təbiətə uyğunmu, səncəKeçdiyim yollarda qalmasın bir iz?..Özünü anlayıb, duyan bir gəncəGülüncdür bu başısoyuqluq şəksiz;Keçdiyim yollarda qalmasın bir iz?..Bax, nıəni incidir, ağrıdır bəzənHər axşam bir evdə qonaq qalmağım:Rəngində ölümün kölgəsi gəzənŞübhəli qızlardan adres almağım;Hər axşam bir evdə qonaq qalmağım...Bağışla, sevgilim, açıq söylədim!Gizli nöqtələrə əl aparma sən.Sonra o qızları, sorma neylədim.Həyatın iç üzü örtünür bəzən.Gizli nöqtələrə əl aparma sən...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов