Dinləyın! Dinləyin! Danışır səhər!Səhərin yeni bir sözü var bizə;Ətirlər içində oyanır şəhər,Günəş buket verir ellərimizə.Rəngin * şəfəqlərə boyanır Xəzər.Uçur qağayılar - o nazlı quşlar.Axşamdan oynaşan şıllaq ləpələrGecənin sonunda sakit olmuşlar.Qayıqlar, gəmilər üzür yanaşı,Sallanan bayraqlar əks edir suya;Könül salamlayır yarı, yoldaşı,Dalğalar yol verir bizim orduya.Hər kiçik qayıqda bir qamıon səsi,Baxır martılara † , rəqs edir qızlar.Ötür Qarabağın zil şikəstəsi,Heyrət içindədir açıq ağızlar,Əl vurub oynayan, çalıb çağıran;May günü toy düşür bizim dənizə.Bu dolğun baharı duyan hər insanƏlində zənbili qoşulur bizə.Şəhərdən kənarda ilıqdır hava,Orda yolumuzu gözləyir çöllər...Oğlan qaça-qaça, qız qova-qova,Bir deyib, bir gülür obalar, ellər.Hər ağac altında bir ayrı dəstə,Hər qaya dibində bir süfrə vardır;Bir həyat duyuram hər incə səsdə.Bizim gəncliyimiz nə bəxtiyardır!İxtiyar nənəm də çöldədir bu gün,O da qarşılayır bizim baharı;Gözündə kainat başqadır bütün,Gəncliyə şadlanır ağbirçək qarı.Geyimlər dümağdır başdan-ayağa,Döşlərdə ağ çiçək, əllərdə lalə.Səsimdən təbiət qalxır ayağa,Göydə qaraquş da dalır xəyala.Düşüncələr yeni, duyğular yeni,Dəyişmiş dünyanın söhbəti, sazı.Döşündə Leninin qızıl ordeniOturmuş ixtiyar buruq ustası.Nəvəsi tar çalır, qızı oxuyur,Süfrədə paxlava, göyərti, qaymaq;Təbiət otlardan xalı toxuyur.Qaranquş şığıyır qanadlanaraq.Vurur qəlbimizdə dünyanın qəlbi,Üzlərdə qalmamış sarılıqdan iz.İçirik günəşi bir badə kimiYaradan ellərin sağlığına biz.Günəş yuvarlanır dağlar dalına,Qaralır çöllərin gəzinti yeri;Baxaraq göylərin seyrək xalına,Dolğun nəşələrlə dönərək geri.Əlvan çıraqlarla Bakı SovetiBizi qarşılayır, sevinir axşam.Günəşdən ayrılan bir qüvvət kimi,Dünyanın qəlbində süzülüb axsam!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов