Hərəkət
Hərəkət!Hərəkət!Bu gün damarlarımı dolaşanbu qanHeç də dünənkinə bənzəmir, inan!Fəqət mən yenəenərək gecənin dərinliyinə,Hər gün dolaşdığım ucsuz-bucaqsız,odsuz, ocaqsız,Tikanlı çöllərin bir yolçusuyam.Eşit, ey!aradığım şeyArtıq nə eşqdir və nə də hicran.Bu hiss, həyəcanqəlbimdən gəlmədi, fikrimdən doğdu:Hərəkət!Hərykət!Bü gün varlığımda dəmirdən möhkəm,Tükənməz qoca bir qüvvə var desəm,Çox da düşünməsin o afəti-can;çünki hər insan,Yaşamaq istəyən hər dərdli könül,hər çiçək, hərgülAzacıq sevinmək, çırpınmaq istərNə qədər dilbər,qayğısiz bir halım var bu axşam.Qarşımdakı şamazacıq sönməmək üzrə yanarsa,bir an dayanmadan coşacaq qələmNə dərd, nə ələm,nə də göz yaşları ənisim * deyil.Anla! Bil!Bil ki, göylər nə qədər azad, bəxtiyarruhumla çırpınan bir əməlim var:Hərəkət!Hərəkət!İncilin, quranın yarpaqlarınıSovurur göylərə şimai yelləri.Şərqin elləriyazın yazınBu gündən şöhrətli və şanlı bəklər.Açan çiçəklərartıq yaz gününə bir nişanədir."Cahan qəmxanədir"fəlsəfəsison nəfəsi,Son hıçqırığını çəkmək üzrədir.Hərəkət!Hərəkət!Buludlar qoynunda himalaylar,Səssiz gecələrdə ulduzlar, aylar,Tənha bir şairin uzaq xəyalı,şairlik halı,Qüruba yaxın həzin bir mənzərəsusuz bir dərə,Dağlarla qucaqlaşan əlvan buludlar,yam-yaşıl otlarUçurar fikrimi dumanlar kimi.Bunlar,bu saydıqlarım,Sənvə mən,Hər ikimizdən törəyən,Həp bu hərəkətdəndır,Bu sonsuz surətdəndır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-hereket
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həyat dedikiəri şübhəli bir şey,Ölümsə şübhədən çıxmaq deməkdir.
Bahar şərqisiGünəş doğdu, yayıldı,Yatan ellər ayıldi.
Matəm nəğməsiGedərkən sükuta gecənin qəlbi,Eşitdim sularda matəm nəğməsi.
İləriErkən günəş tellərini yer üzünə saçmadan,Ceylanlar* öz sürüsüylə səhralara qaçmadan.
Стихи других поэтов
Qaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Bildir cümələrdə dükan açmazdı cəmaətBildİr cümələrdə dükan açmazdı cemaət,Səd şükür, bu il qaldınlıbdır belə bidot.