Gedərkən sükuta gecənin qəlbi,Eşitdim sularda matəm nəğməsi.Bilmədim nəymiş o qətlin səbəbi,O hadisə heyran qoyur hər kəsi.

Ey insan! O yazıq, o tökdüyün qanDeyilmidir səndən, deyilmidir can?!O alçaq işləri duyduqca vicdan,İnsanın həyata qalmır həvəsi.

Ölən bir deyildir, eşit, ey cəllad!Min bir yuvanı, bax, sən etdin bərbad,İnsan! Nədir o səs! Nədir o fəryad? –Dul qalan gəlinin odlu naləsi!

Sən ölmədin, qardaş! Ölmədin, inan!Eşqin intiqamı yaşar hər zaman,Qəlbimdən axan bu kiçik dastanArar qaranlıqda ədalət səsi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов