Səhərə yaxın
Yığılın başıma, qohum-qardaşlar!Qoyun bir ah çəkim ərisin daşlar!Mehriban insanlar, əziz yoldaşlar!Bu çərxi-dövrandan aldım bir yara!
Gözəllər dünyası, dilim əzbəri,Bəlalıdır başım əzəldən bəri;Halıma yanmayan o gözəl pəriDeyin üz qoyubdur hansı diyara?
Bilənlər bilir ki, bu yollarda mənAğrılar çəkirəm, hər səhər erkən –Mənim yazıq ruhum ağlar, inlərkənO mənim adıma deyir "avara".
Bumudur bəşərin vicdanı bilməm?Nədir bu çəkdiyim — bu bəla, bu qəm?Ah, o könül quşu, o nazlı həmdəmBəlkə, bu dərdimə bulacaq çara.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-sehere-yaxin
Клавиши ← → для перехода, R — случайное стихотворение