Ayrı dağlar kimi qol-qanad atan,Coşqun dalğaları buluda çatan,Qəmzələr göstərən, işvələr satanÇox olur qonağın, yığnağın sənin.

Qorxunc qayaları yellər tək enən,Günəşdən rəng alıb, ayla bəzənən,Nələr andırırsan bu gedişlə sən,Şanlı, şöhrətlidir ocağın sənin.

Tiflisin arxası, Qazaxın beliHər ikisi sənin, sənə dost eli …Boşalar qoynuna dağların seli,Körpə bulaqlardır ortağın sənin.

Çoxları hüsnünə heyran qaldılar,Çox igidlər səndən ilham aldılar.Top-tüfəng atdılar, nərə çaldılar,Keçdi o dəmlərin, o çağın sənin.

Ulduzlar qoynuna şəfəqlər saçar,Səsindən ordular, karvanlar qaçar,Sən gəzdiyin yerlər gül-çiçək açar,Çünki uğurludur ayağın sənin.

Bağlanan yolların açılar hər yaz,Səni görən gözlər səndən ayrılmaz.Könlüm tək dalğalı, dəlisən bir az,Alınır aləmdə sorağın sənin.

Ay doğub, sinənə kölgə salanda,Deyər: "gülməmişəm sənsiz qalanda".Çobanın, naxırçın tütək çalandaGümrah olar yanın, yançağın sənin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе