Qız qayası
Düşündürür məni bu sirli diyar,Burda həqiqətlər, əfsanələr var.Ürəklərdə axın, qollarda qüvvət,Burda öz-özünə gülür təbiət,Burda çiçəklərin, quşların dəmi,Burda könüllərin əski həmdəmi...Dumanlar içində duran hər qayaGöz vurur Günəşə, söz verir Aya.Dağların döşündən gedən cığırlarQalmış babalardan bizə yadigar...Başını göylərə vurur Şahdağı,Alınır aləmdə onun sorağı.Döşündə qaynayan soyuq bulaqlarDilsiz əsrlərə xatirə saxlar...Şair, bu yerləri ayağınla gəz!Göygölün üstündə haçadil KəpəzDeyilmi dünyanın bir ilk gözəli?!Onu bəzəmişdir xilqətin əli.Dağların döşündə durur Qarabağ,Xəyalı gəzdirir hər dərə, hər dağ.Züy tutur gecələr suların səsi.Burda çobanların zil şikəstəsiHər keçən yolçunu saxlayır yoldan,Çatır qaşlarını heyrətlə insan.Ormanlar içində İsa bulağı,Ondan əskilməyir insan ayağı.Suyu almaz kimi, göz kimi parlaq,Qoynunda bəstəmiş onu bu torpaq.Mən də həyatımın gənclik yaşında,Sizə söylədiyim bulaq başındaSüfrəmi açmışam, kabab yemişəm,Baxıb gözəllərə şeir demişəm.O vaxt əsərlərim ağlamış fəqət,Könlümə sığmamış qoca təbiət.Alıb sorağını ötüb-keçəndən,Gizli bir ilhamın xəyalilə mənAhımı salmışam boş dərələrə,Küsmüşəm o gözəl mənzərələrə,Sən ey gəncliyimin o ilk çağları!Sən ey karvanımı qüruba sarıAparmaq istəyən cilovsuz külək!Ey dağılan xəyal, yıxılan ürək!Unutdum əbədi sizi dünyada.Bəzən o günləri gətirib yada,Keçdiyim yollara baxıb gülürəm,Nələr çəkdiyimi indi bilirəm...Mən Cıdır düzünü gordüyüm zamanKeçmişəm gecələr Çanaqqaladan;Orda dinməmişəm bir qız səsini,Bülbülün Qarabağ şikəstəsini.Bir yanda tar səsi, bir yanda qaval...Boynunu bükmüşdür dağlarda maral.Çıxmışam dağların göy yaxasına,Doyunca baxmışam Qız qayasına;Orda saqqalına yaş dama-damaƏfsanə söyləmiş bir qoca mana."Oğlum, bu dünyanın qocadır yaşı,Görürsən, dağların ağarmış başı!Uşaqsan, körpəsən doğrudan da sən,Böyükdür dünyanın başından keçən...Bu şəhər adlanır Şuşa qalası!Torpağın qarğışı, göyün bəlasıHər zaman bu yerin üstünə yağmış,Qışında bahar var, baharında qış.Mənim görmədiyim köhnə bir zamanBurda sarayların ağası bir xanSarı yağ içində üzüb yaşarmış.Onun əsirləri, qulları varmış.Oylağı, məclisi hərəmxanalar,Ardınca qarğarmış onun analar.Günlərin birində xan çıxmış ova,Bu ceyran düzündə ov qova-qovaAtını saxlamış bulaq başında.Kim bilir, o zaman neçə yaşındaNövrəstə bir qızı bəyənmiş o xan,Ayırmış tərlanı öz yuvasından!..Saxlamış sarayda o qızı bir qış,Qız yolub saçını təslim olmamış.Qızın taleyinin sonuna bir bax:Bir axşam gecədən oğurlanaraq,Şəhər kənarına qaçır o pünhan.Lakin arxasınca adam salır xan...Həyata son dəfə yumub gözünü,Qızcığaz qayadan atır özünü.Lakin deyirlər ki, altdan yuxarıQabartmış donunu dağlar ruzgarı.Qızcığaz ölməyib, sağ düşmüş yerə,Yayılmış bu xəbər bütün ellərə...Budur "Qız qayası" adlanmış qaya,Sirrini verməmiş ulduza, Aya..."İxtiyar sözünü bitirən zamanBuludlar töküldü qaş-qabağından.Ey ana torpağı! Ey əziz Vətən!Bilirəm dünyada gözlərinlə sənNə odlar gormüsən! Bu bir həqiqət,Lakin küsənməmiş sənə təbiət!Burda qurutmuşdur böyük saraylar,Onlara sirr açıb ulduzlar, aylar.Burda qatar-qatar şose yollarıAtmış qollarını dağlara sarı.Yolun kənarında çiçəklər, güllər,Gecəli-gündüzlü ötən bülbüllərBurda oxuduqca hər qəlbə vüsalMin toy məslisinə baş çəkir xəyal...
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-qiz-qayasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Müəllimlik — bu bir incə sənətdir,Bu yolu hər gedən olmalı incə.
ŞəkiDünki bir lövhə ki, hər səmti viran,Dünki bir sinə ki, başdan-başa qan.
Ondan da gözəldirGöylər ki, müləvvən o şəfəqlərlə bərabər,Dəryalara, səhralara min cilvə sərasər
OrdaUzaq, bu həyatdan uzaq bir yer varYaşıl dağlarında sərin bir ruzgar.
Стихи других поэтов
Ləli-ləbin ki, xəlq deyirlər şərab ona,Xasiyyəti-şərab tapar yetsə ab ona.
DünyadaVəzifə bir atdır, hər minən çapar,Nəcabəti olan bilər dünyada.
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Qəzəl: Şanənin qəsdi nədir çəkməz əlin birçəkdənŞanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən