Dünki bir lövhə ki, hər səmti viran,Dünki bir sinə ki, başdan-başa qan.Dünki hicranla, səfalətlə gülən,O gülüşlərlə belindən bükülənYeni bir səhnədə cövlan edirəm,Sisli, yağmurlu sokaklar gedirəm.Qəlbi yox, duyğusu yox, şir kimi nərBu yerin dağları hər gün bəzənər.Bəzənər, sanki xəyalımla tanış,Nə qədər fitri, gözəl bir yaranışKi, dəyişməm onu heç bir gözələ.Bir zaman bəlkə də əllərdən ələDüşərək ömür eləmiş zillətlə.Əski, pək əski röya, bidətləHəələ çaylardakı coşqun cərəyan,Bana bir başqa xəyalatı bəyanEdiyor. Böylə deyirlər ki, bu günUcalır göylərə bir şanlı dügün.Bən də təbrik edirəm iş bu halı,Artacaq yurdumun əlbət cəlalı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов