Anam gəlini
Başına döndüyüm, anam gəliniSən ilk qönçəsisən bizim gülşənin.Hər səhər günəşə uzat əlini,İşıqda, qüvvətdə adın var sənin,Sən ilk qönçəsisən bizim gülşənin.Öpsün ayağını çöldə çiçəklər,Quşların avazı bir toya dönsün.Tökülsün sinənə qara birçəklər,Gözəllik dünyada açıq görünsün,Quşların avazı bir toya dönsün.Sən ilk pərisisən şerin, sənətin,Adın tarixlərdə bir yadigardır.Günəşdən rəng alan bir məhəbbətinO açıq alnında işığı vardır,Adın tarixlərdə bir yadigardır.Hüsnünü örtməsin nə pərdə, nə rəng,Ay kimi saf dolan, gün kimi açıq,Keçmişin üstünə qələm çəkərək,Vuruş meydanında vuruşmağa çıx,Ay kimi saf dolan, gün kimi açıq.Könlümdə sirri var, tərlan sonamınBütün gozəlliyin gözüdür insan,Zülmətdə şam kimi sönən anamınÖlüm qisasını alaq dünyadanBütün gözəlliyin gözüdür insan.Beşikdən başlamış ölümə qədərTarixlər yazılır sənin əlinləSəndədir yaraşıq, səndədir hünərŞerim qanad çalır hər əməlinləTarixlər yazılır sənin əlinlə.Başına döndüyüm, anam gəlini,Sən ilk qönçəsisən bizim gülşənin,Hər səhər günəşə uzat əliniİşıqda, qüvvətdə adın var sənin,Sən ilk qönçəsisən bizim gülşənin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vurgun-anam-gelini
Клавиши ← → для перехода, R — случайное стихотворение