Cəfər, ey sibti-Heydəri-Kərrar,Mərdlik şivəsində ol huşyar.Kişilik vardır əgər səndə,Olma eybi-zənanə cuyə[...]Naqisül-əqldir güruhi-nisaOlma naqislər eybinə cuya.Özgələr övrətini eyləmə zəmm,Şişeyi-xəlqə atma səngi-sitəm.Etmə naməhrəmə, yamandı, nəzər,Nəhy edibdir cənab peyğəmbər.Eyləmə özgə övrətin töhmət,Kizbü böhtanə eyləmə adət.Sənə möhtac edibdi övrəti həq,Etmə möhtacüvə qəzəb nahəq.Filməsəl övrətində olsa xəta,Eyləmə xəlq ara onu rüsva.Təbüvə gəlməsə xisalı pəsənd,Rədd qıl, ver təlaqin, ey fərzənd.Pərdəsin açma, zəbt qıl əsrar,Açmasın ta ki pərdəni səttar.Necə kim, bu hekayəti-zibaSənə bu macəranı eylər əda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов