Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri,Rövnəqi-hüsnündür ey mahım, cahanın zivəri.

Ayeyi-vəsssyf qaşındır bu yüzdən dəhr ara,Sabit eylər xəlqə həqqən Zülfüqari-Heydəri.

Bu pərirulərdir aləmdə müsəxxər nəlinə,Mur xəttim, ləblərindir ol Cəmin əngüştəri.

Şurə saldı püsteyi-xəndanın əhli-aləmi,Ey şəkərləb, qamətin göstərdi şuri-məhşəri.

Guşeyi-meyxanədə bəsdir bizə sınmış sifal,Çərxi-minanın əgər xurşiddən var sağəri.

Arizin cövhərdir, ol cövhər yanında gün ərəz,Hanı Əflatun ki, fərq etsin ərəzdən cövhəri.

Макта — последний бейт с тахаллусом поэта. Yusifim, gəl eyləmə munca cəfalər Seyyidə,Etmə rəncidə özündən xatiri-peyğəmbəri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви